16:59
31 Mart 2020

Şəhriyar Məmmədyarov FİDE reytinqindəki yerini itirdi

FİDE şahmatçıların aprel reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, martda baş tutan oyunların da əksini tapdığı siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir. Təmsilçilərimizdən yalnız Teymur Rəcəbov “onluq”da qalıb. Milli üzvlərindən ən yaxşı göstəricinin sahibi olan şahmatçımız 2765 xalla 9-cu pillədə qalıb.

Şəhriyar Məmmədyarov isə “onluq”dakı yerini itirib. Qrossmeysterimiz 2764 xalla 11-cidir. 1 pillə geriləyən şahmatçı İddiaçılar turnirinin iştirakçısı niderlandlı Aniş Girini önə buraxıb.

Digər üç təmsilçimiz də Teymur kimi mövqeyini qoruyub. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla planetin 91-cisidir.

Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci sırada qalıb. İlk “100-lük”də yerini itirən Ülviyyə Fətəliyevanı digər təmsilçimiz - Xanım Balacayeva əvəz edib. O, 2376 xalla 86-cıdır.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.

Dİgər xəbərlər