Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi - YENİLƏNİB
30 mart 2020 01:11 (UTC +04:00)

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi - YENİLƏNİB

 

Soçi-Moskva reysi ilə uçan “Boeing 737” tipli sərnişin təyyarəsi sol mühərrikdə yaranmış nasazlıq siqnalından sonra Rusiya paytaxtının “Şeremetyevo” hava limanına müvəffəqiyyətlə eniş edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

“Təyyarə saat 23:45-də ştat rejimində enib”, - məlumatda belə deyilir.

***

Saat 00:50

Soçi-Moskva reysi ilə hərəkət edən sərnişin təyyarəsi təcili eniş etmək üçün Moskvanın Şeremetyevo hava limanına yaxınlaşır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin sol mühərrikində yaranmış nasazlıq səbəbindən həyəcan siqnalı işə düşüb.

Söhbət 1741 reysi ilə uçan “Boeing 737” tipli sərnişin təyyarəsindən gedir. Məlumata görə, təyyarənin göyərtəsində 154 sərnişin və yeddi ekipaj üzvü var.

# 1458
avatar

Oxşar yazılar