Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
29 mart 2020 15:24 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Bakının Binəqədi rayonunda piyadanı öldürüb qaçan sürücü ilə bağlı Bakı şəhər Baş Polisİdarəsi və Baş Prokurorluq birgə məlumat yayıb.

Lent.az xəbər verir ki birgə məlumatda hadisənin martın 26-da saat 23 radələrində baş verdiyi qeyd olunur. Paytaxt sakini, 25 yaşlı Teymur Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 25 yaşlı Həsən Paşayevi vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisəni törədən  sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaqla yol nəqliyyat hadisəsinin T.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, martın 28-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 576
avatar

Mehman Nəbiyev

Oxşar yazılar