Zaqatalada karantinlə əlaqədar tədbirlər davam etdirilir
29 mart 2020 15:11 (UTC +04:00)

Zaqatalada karantinlə əlaqədar tədbirlər davam etdirilir

Zaqatalada karantin rejimi qaydalarının təmin olunması üçün tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusikarantin rejimi qaydalarının təmin olunması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirlərini davam etdirir. Xidməti avtomobillərdə olan səsgücləndiricilərlə koronavirusla mübarizə məqsədilə həyata keçirilən tədbirlər, tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır. Yaşlı insanlarla profilaktik söhbətlər aparılır, onlara çölə çıxmağın qadağan olunduğu bir daha izah olunur.

# 264
avatar

Mehman Nəbiyev

Oxşar yazılar