Keçmiş əri Alla Puqaçovanın əsas sirrini AÇDI
29 mart 2020 15:01 (UTC +04:00)

Keçmiş əri Alla Puqaçovanın əsas sirrini AÇDI

Alla Puqaçovanın keçmiş həyat yoldaşı Aleksandr Stefanoviç müğənninin sirrini açıqlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, sən demə, yaradıcılıq yolunun başlanğıcında müğənninin məşhur bəstəkar Aleksandr Zatsepinlə çətin münasibəti olub.

Hazırda 94 yaşı olan Zatsepin sovet vaxtı ən tanınmış bəstəkar olub. Onun hitlərini Sofiya Rotaru, Larisa Dolina və bir çox məşhur sənətkarlar ifa ediblər.

“Salam Andrey!” proqramının efirində Stefanoviç Almaniyadan olan bir çəkiliş qrupunun Primadonnadan film çəkmək üçün Moskvaya gəldiyini söyləyib.

“Puqaçova həmin vaxt birotaqlı mənzildə yaşayıb və bəstəkar Zatsepindən xahiş edib ki, jurnalistlərə onun lüks mənzilində çəkiliş aparmasına razılıq versin. Zatsepin buna razılaşıb.

Puqaçova jurnalistləri həmin mənzilə aparıb və ağ fortepianoya xüsusi diqqət yetirib. Zatsepinin həyat yoldaşı gözlənilmədən otağa girəndə Alla onu özünün ev qulluqçusu kimi təqdim edib”, - Stefanoviç söyləyib.

Sonradan estrada ulduzları arasında ikinci münaqişə baş verib.

Puqaçova “Mahnı oxuyan qadın” filminə istedadlı və gənc musiqiçi, həm də əlil olan Qorbanosun bir neçə mahnısını daxil etməyə razılaşdırıb. 

Bəstəkar razılaşıb, ancaq sonradan öyrənib ki, müğənni onu aldadıb. Həmin mahnıların müəllifi isə sözün əsl mənasında Puqaçova özü imiş.

Proqramın efirində Zatsepin qeyd edib ki, Puqaçova ilə indi ünsiyyətdə deyillər, heç əvvəl də yaxın dost olmayıblar. Lakin bəstəkar deyib ki, Alla Borisovna sözün həqiqi mənasında professional müğənnidir.

# 915
avatar

Oxşar yazılar