Bu ölkələr avrokuboklara buraxılmayacaq
29 mart 2020 13:41 (UTC +04:00)

Bu ölkələr avrokuboklara buraxılmayacaq

Bir sıra ölkələrin klubları avrokubokların 2020/21 mövsümünə buraxılmayacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA mövsümü başa çatdırmayacaq və nəticələri ləğv edəcək ölkələrin komandalarını qitə miqyaslı turnirlərdə görmək istəmir.

Qitə futbol qurumu koronavirus pandemiyası üzündən dayandırılan milli çempionatların başa çatdırılmasının tərəfdarıdır. Avrokuboklarda iştirak üçün ya liqalar sonadək oynanılmalı, ya da indiki mövcud nəticələr rəsmən tanınmaqla yekunlaşmalıdır.

 

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.

# 375
avatar

Oxşar yazılar