Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama - VİDEO
29 mart 2020 13:02 (UTC +04:00)

Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama - VİDEO

Özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək pullu dezinfeksiya işləri təklif edənlər peyda olub.

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur:

"Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11".

# 351
avatar

Mehman Nəbiyev

Oxşar yazılar