Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ
29 mart 2020 12:31 (UTC +04:00)

Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ

Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib.

Bu barədə İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlama verib. O bildirib ki, karantin tələblərinin yerinə yetirilməsi ən vacib şərtlərdən biridir:

“Bu tələblərin yerinə yetirilməsi koronavirusun yayılmasının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi kimi qiymətləndirilməlidir. Bir daha avtomobil sahiblərinə tövsiyə edirik ki, zərurət olmadığı halda şəxsi avtomobillərdən istifadə etməsinlər. Rayon qeydiyyat nişanlı avtomobillərin şəhərdə istifadəsi ümumiyyətlə məqsədəuyğun deyil. Hazırda Bakıda idarə olunan avtomobillər xüsusi təyinatlı maşınlardır. Məsələn, qəza-bərpa işlərində istifadə olunan kommunal texnikalar, eləcə də həyat üçün vacib olan avtomobillərdir. Polis təhlükəsizliklə yanaşı, karantin tələblərinin yerinə yetirilməsinə də nəzarət edir”.

# 474
avatar

Mehman Nəbiyev

Oxşar yazılar