“Heç kimlə qalmaqalım olmayıb, birsifətli insanam” – Mətanət
29 mart 2020 10:12 (UTC +04:00)

“Heç kimlə qalmaqalım olmayıb, birsifətli insanam” – Mətanət

“Hərdən mənə deyirlər ki, sən çox çılğınsan. Cavabında deyirəm ki, mənim başqa sifətim yoxdur. Birsifətli insanam”.

Lent.az-ın məlumatına görə, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Ən yaxşısı” verilişində deyib. O, bildirib ki, bu günə qədər heç kimlə qalmaqal etməyib:

“Həyatda ən vacib olan sevgidir. Allahıma şükür edirəm ki, sevməyi mənə nəsib edib. Hamıya sevgini ötürməyi bacarıram. Heç kimlə qalmaqalım olmayıb. Olubsa da, mən üzr istəmişəm. Kiminsə, xətrinə dəyirəmsə, üzr istəməyi də bacarıram. Bu da mənim böyüklüyüm, incəliyimdir. Süni təbəssüm heç kimə lazım deyil. Hər zaman üzünüz, qəlbiniz gülsün. Həyat çox qısadır. Bu həyatı elə yaşayaq ki, sabah dünyamızı dəyişəndə “heyf” desinlər. Allah sənə rəhmət eləsin sözünü qazanmaq lazımdır. Həyatda elə yaşayaq ki, bir-birimizə hörmətimiz olsun”.

# 894
avatar

Yalçın UĞUR

Oxşar yazılar