Rusiyalı milyarder koronavirusa yoluxdu
28 mart 2020 23:21 (UTC +04:00)

Rusiyalı milyarder koronavirusa yoluxdu

Rusiyalı milyarder İqor Sosin koronavirusa yoluxub və Kommunarke tibb mərkəzində müalicə olunur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, biznesmenin vəziyyəti qənaətbəxş hesab edilir. 

Məlumata görə, biznesmen Fransadan çarter reysi ilə Moskvanın “Vnukovo” hava limanına gəlib. Bir neçə gün sonra onu Kommunarkedəki xəstəxanaya yerləşdiriblər.

Sosin ev əşyaları şəbəkəsinə sahibdir və riteylərdən birini idarə edir. Onun sərəncamında bir neçə iri şirkətin olduğu da bildirilir. Miyarderin Rusiyada az olduğu və Britaniyada yaşadığı da söylənilir. 

Sosin eyni zamanda öz oğullarına görə də tanınır. Onun böyük oğlu anasını mehmanxanada öldürmüşdü.

# 333
avatar

Oxşar yazılar