Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada
27 mart 2020 17:42 (UTC +04:00)

Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada

Böyük Britanıyanın səhiyyə naziri Matt Hankokun da yeni növ koronavirusa yoluxduğu açıqlanıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir virusa görə müayinə olunub və onun test nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, ölkənin  baş naziri Boris Conson, Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz da virusa yoluxanlardandır.

 Hazırda bu ölkədə 8077 yeni növ virusa yoluxma faktı, 422 ölüm qeydə alınıb. Yoluxanlardan 135-i isə sağalıb.

# 285
avatar

Aygün İbrahimli

Oxşar yazılar