17:05
27 Mart 2020

“Trabzonspor”da özünü göstərdi, “Real”dan təklif aldı

İcarə əsasında “Trabzonspor”da çıxış edən, transfer hüququ isə “Kristal Pelas” klubuna məxsus olan Aleksander Syorlot karyerasını İspaniyada davam etdirə bilər. Lent.az -ın “Sky Sports”a istinadən məlumatına görə, 24 yaşlı forvard “Real”ın maraq dairəsinə düşüb.

“Trabzonspor”da özünü yaxşı tərəfdən göstərən norveçli hücumçu ilə danışıqlara başlanılıb. Syorlotun Madridə köçməyə razı olduğu bildirilir. Transferin baş tutması üçün “Real” “Kristal Pelas”la da razılığa gəlməlidir.

Qeyd edək ki, A.Syorlot ötən ildən “Trabzonspor”un formasını geyinir.

Dİgər xəbərlər