Braziliyalı futbolçulara 3 həftəlik məzuniyyət
27 mart 2020 15:23 (UTC +04:00)

Braziliyalı futbolçulara 3 həftəlik məzuniyyət

Braziliya çempionatında çıxış edən futbolçular 3 həftəlik məzuniyyətə göndəriliblər. Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Bildirilir ki, oyunçular komandalarının düşərgəsinə aprelin 20-də qayıdacaq. Bu müddət ərzində futbolçular məvaciblərini ala biləcəklər. Ancaq çempionat planlaşdırılan tarixdə bərpa olunmasa, klublar hər bir oyunçunun maddiyyat məsələsində güzəşt etməsini istəyəcək.

Qeyd edək ki, Braziliyanın bütün liqalarında oyunların mayın əvvəlində başlanacağı planlaşdırılır.

# 795
avatar

Oxşar yazılar