1222
18:40
26 Mart 2020

Ermənistanda koronavirusdan ilk ölüm qeydə alındı



Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikosyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxan 72 yaşlı şəxs xəstəxanada ölüb.

Qeyd edək ki, Ermənistanda koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə hal elan edilib. Ermənistanda 290 nəfər koronavirusa yoluxub.