1802
13:23
26 Mart 2020

Arif Quliyev qadağanı pozdu, polis onu... - VİDEO


Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.

APA-nın məlumatına görə, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.

Qeyd edək ki, A.Quliyevin 70 yaşı var.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.