İtaliya A seriyası iyunun 30-dan sonra davam edə bilər
26 mart 2020 10:49 (UTC +04:00)

İtaliya A seriyası iyunun 30-dan sonra davam edə bilər


İtaliya A seriyasının bərpası yubanacaq.

Apasport.az saytının məlumatına görə, bunu futbol federasiyasının prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, öncədən çempionatı iyunun 30-dək yekunlaşdırmağı planlaşdırsalar da, bunun real görünməməsi ilə barışıb. Lakin Qravina yarışın bərpasına ümidini saxlayır: “Çempionatın bərpa olunacağı ilə bağlı ümidimi itirmirəm. Təslim olmaq çox ağırdır. Biz turniri iyunun 30-dan sonra davam etdirə bilərik”.

Qeyd edək ki, İtaliya çempionatı koronavirus pandemiyası üzündən dayandırılıb.

# 681
avatar

Oxşar yazılar