317
15:03
25 Mart 2020

Moskvada Qələbə Paradı ləğv edilə bilər

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan 9 May paradının ləğv edilməsinin mümkünlüyü müzakirə olunur, lakin hələlik bu barədə qərar qəbul edilməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, paradın keçirilməsinin mümkünlüyü və formatı barədə qərar epidemioloji vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq qəbul olunacaq.