Qarabağ erməniləri Tural Gəncəliyevə KORONAVİRUSLA bağlı müraciət etdi
25 mart 2020 14:36 (UTC +04:00)

Qarabağ erməniləri Tural Gəncəliyevə KORONAVİRUSLA bağlı müraciət etdi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, Tural Gəncəliyev bildirib ki, son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi ona müraciət edərək (təhlükəsizlik baxımından onların adları açıqlanmır) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - T. Gəncəliyev vurğulayıb. 

 

# 696
avatar

Oxşar yazılar