Koronavirusla bağlı ABŞ-a XƏBƏRDARLIQ
25 mart 2020 09:37 (UTC +04:00)

Koronavirusla bağlı ABŞ-a XƏBƏRDARLIQ


Bütün dünyada sürətlə yayılmaqda davam edən koronavirusun yeni mümkün episentri açıqlanıb. 

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,  Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris bəyan edib ki, koronavirusun yeni mümkün episentri ABŞ ola bilər. 

“Hazırda ABŞ-da xəstəliyə yoluxanların sayının sürətlə artması müşahidə olunur. Beləliklə, həqiqətən bu potensiala sahibdirlər. Biz hələ ki bunun belə olduğunu deyə bilmərik, lakin potensial reallığa çevrilə bilər”, - Harris söyləyib. 

Son məlumata görə, ABŞ-da 54893 yoluxma qeydə alınıb. 783 nəfər ölüb, 348-i sağalıb. 

Ümumilikdə dünyada 421 min insan koronavirusa yoluxub. Ölənlərin sayı 18, 8 min nəfərə çatıb, 107,7 min nəfər sağalıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar