14:54
24 Mart 2020

Məşhur caz ustası koronavirusdan öldü

Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo koronavirusdan dünyasını dəyişib.

APA-nın "France 24"ə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxmuş 86 yaşlı Manu Dibanqo bu gün səhər saatlarında Paris xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə "Soul Makossa" hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.

Hazırkı vəziyyətlə əlaqədar onun dəfn mərasiminin qapalı keçiriləcəyi, mümkün olduğu vaxt xatirəsinə həsr olunmuş mərasim təşkil ediləcəyi bildirilib.

Dİgər xəbərlər