ABŞ Əfqanıstana maliyyə yardımını 1 milyard dollar azaldır
24 mart 2020 08:27 (UTC +04:00)

ABŞ Əfqanıstana maliyyə yardımını 1 milyard dollar azaldır

 

Əfqanıstanda “inklüziv hökumət” yaratmaq barədə uğursuz danışıqlardan sonra ABŞ bu ölkəyə maliyyə yardımını 1 milyard dollar azaldır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunur.

Yayılmış sənədə əsasən, Birləşmiş Ştatlar Əfqanıstan Prezidenti Əşrəf Qani və Baş Nazir, eləcə də prezidentliyə namizəd Abdulla Abdullanın “inklüziv hökumət yaratmaq barədə razılığa gələ bilməməsinə” çox təəssüflənir. Bildirilir ki, rəsmi Vaşinqton “Əfqanıstanla əməkdaşlıq çərçivəsinə yenidən başmaq” niyyətindədir.

“Eyni zamanda, Əfqanıstandakı xərclərimizi əhəmiyyətli dərəcədə məhdudlaşdırdığımızı elan edirik və bu il maliyyə dəstəyimizi 1 milyard dollar azaldırıq. 2021-ci ildə yardımı daha 1 milyard dollar azaltmağa hazırlaşırıq”, - deyə açıqlamada qeyd olunub.

# 459
avatar

Oxşar yazılar