“Arsenal”dan karantinlə bağlı YENİ QƏRAR
23 mart 2020 16:48 (UTC +04:00)

“Arsenal”dan karantinlə bağlı YENİ QƏRAR


İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə tətbiq etdiyi karantin müddətini uzadıb.

Lent.az-ın “Sky Sport”a istinadən məlumatına görə, “topçular”ın sabah məşqləri bərpa edəcəkləri gözlənilsə də, bu baş tutmayacaq.

London klubu baş məşqçi Mikel Artetanın koronavirusa yoluxmasından sonra komandada 2 həftəlik karantin elan etmişdi. Ancaq “Arsenal” rəhbərliyi ölkədə epidemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, həmin müddəti uzadıb. Komandanın nə vaxt məşqlərə başlayacağına dair dəqiq məlumat verilmir.

# 834
avatar

Oxşar yazılar