«Mr. Fix» istehsalçısı Koronavirus Fonduna – VƏSAİT AYIRDI
21 mart 2020 21:51 (UTC +04:00)

«Mr. Fix» istehsalçısı Koronavirus Fonduna – VƏSAİT AYIRDI

Azərbaycanda «Mr. Fix» tikinti kimyəvilərinin istehsalçısı olan “KARTAŞ LTD” şirkəti dövlət başçısının fərmanına əsasən yaradılan Koronavirusla mübarizəyə Dəstək Fonduna vəsait ödəyib. Lent.az xəbər verir ki, şirkətin bununla bağlı açıqlamasında deyilir:  

«Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusun qarşısının alınması məqsədi ilə mühüm qərarlar qəbul edilib və bununla bağlı çoxsaylı işlər həyata keçirməkdədir. 

Bütün dünyanı əhatə edən və pandemiya elan olunan koronovirusa qarşı mübarizə aparan dövlətimizə şirkətimiz adından ilkin dəstək göstərməyi özümüzə borc bildik.

Ölkəmizin bu çətinliklərdən  daha tez çıxması və görülən işləri dəstəkləkləmək məqsədi ilə xəstələrin sağalması və profilaktik tədbirlərin görülməsi üçün  “KARTAŞ LTD” MMC (Mr.Fix) şirkəti olaraq “Koronovirusla Mübarizəyə Dəstək Fonduna” 30000 manat vəsait ayırır.

Biz inanırıq ki, ölkəmiz onu sevən vətəndaşaların köməyi ilə tezliklə bu bəlaya qalib  gələcək».

# 1437
avatar

Oxşar yazılar