Azərbaycanda sabahdan kafe və restoranlar saat 15.00-ə kimi işləyəcək
21 mart 2020 19:47 (UTC +04:00)

Azərbaycanda sabahdan kafe və restoranlar saat 15.00-ə kimi işləyəcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir. 

Nazirlər Kabineti yanında operativ qərargahdan APA-ya verilən məlumata görə, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

 

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. 

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

# 5568
avatar

Oxşar yazılar