760
08:17
20 Mart 2020

"Apple" koronavirusla mübarizədə İtaliyaya kömək edəcək

ABŞ-ın “Apple” şirkəti yeni növ koronavirusla mübarizədə İtaliyaya kömək edəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tim Kuk özünün “Twitter” səhifəsində yazıb.

“Bir-birimizə dəstək hazırda olduğu qədər heç vaxt vacib olmayıb. Biz tibbi avadanlıq və ləvazimatlar da daxil olmaqla İtaliyanın Mülki Müdafiə İdarəsinə mühüm yardım göstərəcəyik”, - Kuk belə deyib.

Martın 13-də “Apple” dünyada koronavirus pandemiyasına qarşı mübarizə üçün cəmi 15 milyon dollar ayırdığını açıqlamışdı.