İbrahim Tatlısəsə qarşı külli miqdarda DƏLƏDUZLUQ
19 mart 2020 19:31 (UTC +04:00)

İbrahim Tatlısəsə qarşı külli miqdarda DƏLƏDUZLUQ

Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəsə qarşı dələduzluq edilib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, məşhur müğənnini özünə məxsus olan “Tatlıses Qida Firması”nda çalışan əməkdaşı aldadıb.

Əməkdaşlardan Özlem.P. ödəniş adı ilə öz hesabına 1 milyon 192 min lirə (təxminən 350 min 588 manat) yükləyib. O, öz həyat yoldaşını şirkət əməkdaşı kimi qeyd etdiyi üçün əlavə 45 min lirə ( təxminən 13 min manat) ziyan da vurub.

Digər işçi Fulya.T.-nin də eyni qayda ilə ödəniş adı altında 20 min dolları öz adına keçirdiyi, həyat yoldaşını 9 aylıq əməkdaş kimi qeyd edərək, şirkətə 30 min lirə (təxminən 8 min 800 manat) ziyana saldığı bildirilir. O, uşağının dayəsini şirkətdə 21 ay sığortalı göstərərək, 57 min lirə ( təxminən 16 min 700 manat) pul mənimsədiyi ortaya çıxıb.

Bundan əlavə, adları çəkilən hər iki şəxsin özlərinə aylıq avtomobil təşkil etdiyi və bunun üçün də şirkətin hesabından hər bir avtomobil üçün 28 min lirə ( təxminən 8 min manat) ayırdığı məlum olub.

Faktlarla bağlı İbrahim Tatlısəs vəkili Həyati Şahinlə birgə prokurorluğa müraciət edib. Hər iki şəxs barədə dələduzluq maddəsilə cinayət işi açılıb.

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar