Bu gün Çində koronavirusa yoluxma qeydə alınmadı - 3 AYDA İLK DƏFƏ
19 mart 2020 13:03 (UTC +04:00)

Bu gün Çində koronavirusa yoluxma qeydə alınmadı - 3 AYDA İLK DƏFƏ

Bu gün koronavirusun Çində yayılmağa başlamasından ötən müddətdə ölkədə ilk dəfə yeni yoluxma faktı qeydə alınmayıb.

Lent.az dünya mətbuatına istinadən xəbər verir ki,  yeni növ koronavirus epidemiyası ilk dəfə Uhan şəhərində meydana çıxıb. Çin hökümətinin gördüyü sərt tədbirlər nəticəsində virusun yoluxmasını məhdudlaşdırmaq mümkün olub. Bəs necə olub ki, bir gündə hətta 15 min yeni yolxma halının olduğu ölkədə iki ay sonra yoluxma faktı baş verməyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində ilk yoluxma halının dekabrın 8-də qeydə alındığını açıqlamışıd. Yanvarın 23-də  Hubey əyalətinini karantinə aldı.

Fevralın 12-də rekord sayda - 15 min yeni yoluxma halı qeydə alındı. Amma görülən ciddi tədbirlər nəticəsində fevralın sonlarında yoluxma sayı 579-a qədər gerilədi. Martın ortasında xəstələrin 85 faizi sağaldı. 

Martın 7-də günlük yoluxma halı 99-a, 12 martda isə 15-ə düşdü.  Ölənlər cəmi 3 faiz təşkil etdi və nəhayət bu gün ilk dəfə yerli yoluxma faktı qeydə alınmayıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784
avatar

Aygün İbrahimli

Oxşar yazılar