Əfsanəvi boksçu ölməyə hazırdır
18 mart 2020 19:32 (UTC +04:00)

Əfsanəvi boksçu ölməyə hazırdır

 

Keçmiş ağır çəkili boksçu Mayk Tayson həyat və ölümə münasibətindən danışıb. 

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, əfsanəvi boksçu “The Sportsman”a müsahibəsində bunları deyib: “Mən ölümə hazıram? Bəli.Qorxum yoxdur. Yaşamaq ölməkdən daha çətindir. Mənə belə gəlir. Yaşamaq üçün cəsarət lazımdır. Onsuz heç nəyi edə bilməzsən. Həyat mübarizədir, çətin bir yoldur. Hətta kimlərinsə hər şeyi varsa belə, onlar üçün də çətindir ”.

53 yaşlı Tayson karyerasını 2005-ci ildə başa vurub. O, 1987-ci ildən 1990-cı ildək ağır çəkidə mütləq dünya çempionu olub. 

Tayson 58 döyüş keçirib və 50-də (44-ü nokautla) qalib gəlib. O, həmçinin tarixdə ağır çəkidə ən gənc dünya çempionu tituluna sahib olub. Həmin vaxt 20 yaş, 4 ay və 22 günlük idi. 

 

# 2784
avatar

Oxşar yazılar