1803
19:23
18 Mart 2020

9 aylıq uşaq koronavirusa yoluxdu

İngiltərədə müayinə edilən körpənin nəticələri pozitiv çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Mançester şəhərində yaşayan Coates ailəsinin 9 aylıq uşağı Cassian müayinə olunmaq üçün xəstəxanaya aparılıb. Edilən müayinənin nəticəsi isə pozitiv olub. Uşaqlarının koronavirusa yoluxduğu deyilən Coates ailəsi yaşadıqları evdə 14 günlük karantinə alınıb.

Qeyd edək ki, İngiltərədə 1960 nəfər koronavirusa yoluxub, onların 72-i dünyasını dəyişib.