Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı
16 mart 2020 19:27 (UTC +04:00)

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

Analoji addım Özbəkistanla bağlı da atılıb.

# 1277
avatar

Oxşar yazılar