Tahir Salahovun karantinə alınan qızından İLGİNC AÇIQLAMA
16 mart 2020 14:38 (UTC +04:00)

Tahir Salahovun karantinə alınan qızından İLGİNC AÇIQLAMA

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahova koronavirus şübhəsi ilə karantinə alınıb.

Lent.az-ın məlumatına görə, Aydan bu barədə instaqram səhifəsində bildirib:

"Mənə palata veriblər, içəridə ancaq özüməm. Vanna otağı, siqaret çəkmək üçün eyvan var. Otaqdan çıxmağa icazə verilmir. İtaliyadan gələndə yanımda nə var idisə, hər şeyi götürüblər.

Mənə elə gəlir ki, çoxları epidemiyanın, pandemiyanın nə olduğunu anlamır. Dövlət hansısa qanunlar qəbul edirsə, onlara inanmalıyıq. İndi xəbərləri dinləmək, deyilənləri etmək ərəfəsidir. Bunların hamısına İtaliyada şahid olmuşam. İtalyanlar da inanmırdılar, aktiv ünsiyyəti davam etdirdilər və sonra bir-bir ölməyə başladılar. Əgər evdə otursaq, insanlara və xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcəyik. Hamı karantindən qorxur. Qorxmaq lazım deyil".

# 3412
avatar

Oxşar yazılar