
İki Azərbaycan filmi beynəlxalq mükafat aldı
“Zoroaster Award” İtaliya-Azərbaycan beynəlxalq film festivalında bir gündə iki Azərbaycan filmi - “Şollerin arxivi” bədii filmi “Ən yaxşı bədii film” və “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib olub.
Hər iki filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov Lent.az-a bildirib ki, son bir ildə 104-cü mükafat qazanıblar: “Bu, təkcə bizim deyil, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir”.
Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmində isə “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb.

Ramilə Qurbanlı
Oxşar yazılar

Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19
Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24