“Koronavirusa görə dostlarımı itirdim” - Prandelli
14 mart 2020 18:36 (UTC +04:00)

“Koronavirusa görə dostlarımı itirdim” - Prandelli


“Qalatasaray”ın keçmiş baş məşqçisi Çezare Prandelli İtaliyadakı koronavirus böhranından çox zərər çəkdiklərini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, tanınmış baş məşqçi “Dostlarımı itirdim və bu çox əzab verir. Evdə qalmaqdan başqa əlimizdən gələn bir şey yoxdur”, - deyib. 

“Qalatasaray”ın 2014-cü ildə baş məşqçisi olan Çezare Prandelli koronavirus səbbindən çox zor günlər keçirdiklərini söyləyib. İtaliyada yaşayan təcrübəli baş məşqçi virusun yayılmağa başladığı andan etibarən sıxıntıların artdığını da qeyd edib. 

62 yaşındakı Prandelli xüsusilə ətrafındakı bir çox dostunu və tanıçını itirdiyini də deyib. Çox böyük bir hüzn yaşadığını vurğulayan “Qalatasaray”ın keçmiş baş məşqçisi “Təəssüf ki, İtaliyada qabaqlayıcı tədbirlər almaqda gecikdik. Dostlarımı itirdim və bu çox əzab verir. Evdə qalmaqdan başqa əlimizdən gələn başqa bir şey yoxdur. Sosial təmaslardan qaçırıq”, - deyib.

# 2196
avatar

Oxşar yazılar