1325
16:53
13 Mart 2020

SEPAH-ın komandiri koronavirusdan öldü

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Nasir Şabani koronavirusdan ölüb.

APA-nın "Al-Arabiya"ya istinadən verdiyi xəbərə görə, bu barədə SEPAH-ın sözçüsü Ramazan Şərif bildirib.

O qeyd edib ki, indiyədək ən azı 5 SEPAH üzvü koronavirusdan ölüb.

Xatırladaq ki, İranda 514 nəfər COVID-19-dan ölüb, koronavirusa yoluxanların sayı isə 11 364-dür.