13:22
13 Mart 2020

“Liverpul” türkiyəli qapıçını istəyir


“Trabzonspor”un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərədə davam etdirə bilər.

Lent.az -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı qolkiperin xidmətində “Liverpul” maraqlıdır.

Məlumatı “bordo-mavililər”in prezidenti Əhməd Ağaoğlu da təsdiqləyib: “Uğurcana görə təkliflər gəlməkdə davam edir. Bəli, “Liverpul” da onunla maraqlanır”.

Qapıçını heyətində görmək istəyən digər Premyer Liqa təmsilçisi isə “Lester”dir.

Qeyd edək ki, Uğurcan Çakır 2014-cü ildən “Trabzonspor”un formasını geyinir.

Dİgər xəbərlər