16:57
12 Mart 2020

“Real”da təcili qərar: karantin elan edildi

“Real” klubu karantin elan edib.

Lent.az -ın məlumatına görə, buna Madrid təmsilçisinin basketbol komandasının üzvündə koronavirusun aşkarlanması səbəb olub.

Nəticədə rəhbərlik basketbol və futbol komandaları ilə bağlı karantin elan etməyi lazım bilib. “Real”ın futbol və basketbol komandaları eyni idman mərkəzində məşq etdiyi üçün qərar hər iki idman növü üzrə komandaya şamil olunub.

Karantin müddətinin nə qədər çəkəcəyi açıqlanmayıb.

Dİgər xəbərlər