397
11:30
11 Mart 2020

Polşa silahlı qüvvələrinin komandanı koronavirusa yoluxdu

Polşa Silahlı Qüvvələrinin komandanı general Yaroslav Mika koronavirusa yoluxub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat yayılıb.

Almaniyada hərbi toplantıdan qayıdan komandan Yaroslav Mikanın Müdafiə Nazirliyinin Mərkəzi Klinikasında müalicə aldığı və səhhətinin yaxşı olduğu deyilir.

Ölkənin səhiyyə naziri Lukas Szumovski bu günə qədər virusa yoluxanların Y.Mika ilə birgə 20-ə yüksəldiyini söyləyib.