1568
13:39
10 Mart 2020

Qənirə Paşayevadan yeni parlamentlə bağlı ilk AÇIQLAMA

“Prezident İlham Əliyev Milli Məclisdə ölkəmizdə əldə edilən uğurlar, görülən işlər, qarşıdakı hədəflər barədə təxminən bir saat proqram xarakterli çıxış etdi”.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurları daha da inkişaf etdirmək üçün hökumət və parlament birlikdə fəaliyyətini daha da gücləndirməlidir: “Bu uğurları daha da inkişaf etdirmək üçün ölkə Prezidenti iqtisadi, sosial, mədəniyyət sahəsində islahatların davam edəcəyini bir daha vurğuladı. Qarabağ həqiqətlərinin dünyaya yayılması, işğal altında olan torpaqların azad edilməsi istiqamətində parlamentin, millət vəkillərinin üzərinə düşən öhdəlikləri xatırlatdı. Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı ölkə Prezidentinin ciddi tövsiyələri oldu. İnanıram ki, yeni parlament ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcək”.