17:59
06 Mart 2020

Bu ölkədə futbolçular qəzaya düşdü: 9 nəfər ödlü

Qvineyada bədbəxt hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, futbol komandasını aparan avtobus qəzaya uğrayıb.

Hadisə klubun yerləşdiyi ölkənin paytaxtı Konakridən 250 kilometr məsafədə yerləşən Mamu şəhəri yaxınlığında baş verib. Qvineya Peşəkar Futbol Liqası qəza nəticəsində 9 futbolçunun öldüyünü açıqlayıb.

Ölənlər arasında “Liverpul”un yarımmüdafiəçisi Nabi Keytanın əmisi oğlu Almami Keyta və klubun baş məşqçisi də olub. 18 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dİgər xəbərlər