13:38
06 Mart 2020

Koronavirusa görə bu Beynəlxalq İqtisadi Forum keçirilməyəcək

Bu il koronavirus təhlükəsinə görə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilməyəcək.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə forumun Təşkilat Komitəsi qərar qəbul edib.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılması ilə bağlı beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar verilib.

2020-ci ildə Rusiya vətəndaşlarının, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun qonaqlarının və iştirakçılarının sağlamlığının mühafizəsi məqsədilə tədbirin bu il keçirilməməsi qərara alınıb.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən keçirilir. Hər il ənənəvi olaraq dünya liderlərinin iştirak etdiyi forumun bu il iyunun 3-6-da keçirilməsi planlaşdırılmışdı.

Dİgər xəbərlər