2487
19:37
06 Mart 2020

Yunanlardan suriyalılara qarşı iyrənc hərəkət: qadın və uşaqları da...

Yunanistana keçmək istəyən suriyalılara qarşı daha bir qeyri-insani münasibət göstərilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Meriç gölündən Yunanistana keçmək istəyən aralarında qadın və uşaqların da olduğu bir qrup suriyalını yunan sərhədçiləri tutub. Ələ keçirilən qaçqınların bəziləri döyüldükdən sonra yarıçılpaq vəziyyətdə geri göndəriliblər.

Geri qayıdan qaçqınlar yaxınlıqdakı kəndlərə gediblər. Kəndlilər onları yemək və geyimlə təmin edib.

Xatırladaq ki, ötən günlərdə Yunanistan tərəfi ölkəyə keçmək istəyən suriyalılara qarşı şiddət göstərərkən 2 nəfərin ölümünə səbəb olmuşdu.