819
11:55
06 Mart 2020

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşəcək

Bu il Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, görüşə Gürcüstan ev sahibliyi edəcək.

Qeyd olunub ki, Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla üçtərəfli görüş məsələsini müzakirə edib.