Yay Çempionlar Liqası yaranır
05 mart 2020 14:03 (UTC +04:00)

Yay Çempionlar Liqası yaranır

UEFA yeni turnir yaratmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Yay Çempionlar Liqası keçirmək niyyətindədir.

Bununla bağlı ABŞ-ın “Relevent Sport” şirkəti ilə danışıqlar aparılır. İlk belə yarışın 2021-ci ildə təşkil olunması nəzərdə tutulub.

Turnir Beynəlxalq Çempionlar kuboku əsasında keçiriləcək. Bu yarış 2013-cü ildən təşkil olunur.

UEFA rəhbərliyi yeni turnirə rəsmi status vermək istəyindədir. Turnirin təsnifat, qrup və pley-off mərhələlərindən ibarət olması nəzərdə tutulub.

Yeni layihə İngiltərə Premyer Liqa  klublarına təqdim edə edilib. “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Tottenhem” Yay Çempionlar Liqasında iştiraka razılıq verib və bunun üçün istədikləri məbləği quruma bildiriblər.

Qeyd edək ki, “Relevent Sport” şirkəti Beynəlxalq Çempionlar Liqasının təşkilatçısıdır.

# 1217
avatar

Oxşar yazılar