Pikenin ciddi nöqsanları  tapıldı, məhkəmə işə qarışdı
25 aprel 2024 09:46 (UTC +04:00)

Pikenin ciddi nöqsanları tapıldı, məhkəmə işə qarışdı

İspaniyaya məxsus “Kosmos” şirkətinin bank hesabı məhkəmə tərəfindən bloklanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bir ay əvvəl İspaniya Futbol Assosiasiyasının ofisində polis yoxlama aparıb.

Söhbət korrupsiya və çirkli pulların yuyulması hallarının araşdırılmasından gedir. Qalmaqaldan sonra saxlanılanlardan biri də Luis Rubiales olub.

Müstəntiqlər belə qənaətə gəliblər ki, bu işlərdə Jerard Pikenin də əli ola bilər. “Barselona”nın 37 yaşlı sabiq futbolçusunun hesablarında aparılan əməliyyatların təhlilinə əsasən belə qənaətə gəlinib.

Zabitlərin xüsusi diqqəti ispaniyalıya məxsus “Kosmos” şirkətinin fəaliyyətinə yönəlib. Şirkət İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı müqavilənin bağlanmasında iştirak edib.

Bu günlərdə məhkəmə keçmiş müdafiəçinin şirkətinin hesabının bloklanması barədə qərar qəbul edib. Məhkəmə qərarından sonra da şirkətin bank hesabına vəsaitin yatırılması davam edir. “Kosmos” məhkəmə sisteminin qərarı ilə razılaşmır.

Superkubokun təşkili üçün müqavilə 28,5 milyon avroya başa gəlib. Vasitəçi şirkət “Kosmos” vergidən azad olmaqla dörd milyon avro alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Oxşar yazılar