699
13:31
05 Mart 2020

Ermənistan siyasi dairələrindəki təşvişə icma rəhbərindən MÜNASİBƏT

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Xarici İşlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında keçirilmiş görüşdən sonra Ermənistan siyasi dairələrində yaranmış təşvişə münasibət bildirib.

İcmadan APA -ya verilən məlumata görə, T.Gəncəliyev bildirib ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

“Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirərək Türkiyə XİN rəhbərinin həmsədrlərlə görüşünə neqativ münasibət sərgiləyiblər.