13:02
05 Mart 2020

PSJ-nin Mbappe planı: yeni müqaviləyə qol çəksə...

PSJ rəhbərliyi başqa klubların transfer hədəfində olan Kilian Mbappeni saxlamaq üçün hər cür fədakarlıq etməyə hazırdır.

Lent.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu superulduzu minimum DÇ-2022-yə qədər heç yerə buraxmaq fikrində deyil.

Klubun prezidenti Nasser Əl-Xəlaifi idarə heyətinin üzvlərinə Mbappenin PSJ-də qalması üçün bütün güclərini səfərbər etməyi tapşırıb. Parislilər Kiliana yeni müqavilə təklifi hazırlayırlar. Həmin sözləşməyə əsasən, Mbappe PSJ tarixində rekord məbləğdə qazanc əldə edəcək futbolçuya çevriləcək.

Qeyd edək ki, K.Mbappe Fransa çempionatının cari mövsümündə 20 oyunda 18 qol vurub.

Dİgər xəbərlər