17:15
02 Mart 2020

“Ronaldo “Real”a qayıtmaq istəyir” - dostu açıqladı


“Yuventus”un hücumçusu Kriştianu Ronaldo sabiq komandası “Real”ın “Barselona”ya qalib gəldiyi (2:0) görüşü stadiondan izləyib.

Lent.az -ın məlumatına görə, uzun fasilədən sonra “Santyaqo Bernabeu” arenasına ayaq basan superulduzun “qalaktikos”a qayıtmaq istədiyi haqda xəbərlər yayılıb.

Bununla bağlı fikir bildirən Ronaldonun dostu Edi Aquirre məlumatı təsdiqləyib. O, Ronaldonun 9 il (2009-2018) uğurları üçün çalışmış “Real”ın formasını yenidən geyinmək istədiyini deyib: “Mən bunu əminliklə söyləyirəm ki, Kriştianu “Real”a qayıtmaq istəyir. “Santyaqo Bernabeu”nu ziyarət edəndə Madridə olan məhəbbətinin bitmədiyini anladı. Əməlli-başlı həyəcanlanmışdı. Düzdür, o, indi bütün diqqətini “Yuventus”un uğur qazanmasına yönəldib. Amma futbolda mümkünsüz heç nə yoxdur. Gələcəkdə nələrin baş verəcəyini heç kim təxmin edə bilməz”.

Qeyd edək ki, Kriştianu Ronaldo “Real”da 438 oyunda 450 qola imza atıb.

Dİgər xəbərlər