702
13:32
01 Mart 2020

Ermənistanda 32 nəfər koronavirusa yoluxma şübhəsi ilə karantinə alındı

Ermənistanda koronavirusa yoluxma şübhəsi ilə 32 nəfər karantinə alınıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bazar günü jurnalistlərə bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı fevralın 29-da qeydə alınıb.