Bakı kəndlərinə gedən marşrut avtobusları dezinfeksiya edilib - FOTO
28 fevral 2020 23:54 (UTC +04:00)

Bakı kəndlərinə gedən marşrut avtobusları dezinfeksiya edilib - FOTO

 

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib. Dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.

BNA məlumat üçün bildirir ki, son zamanlar yeni koronavirus (COVID-19) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.

# 2603
avatar

Oxşar yazılar