Oğurluq edən qardaşlar saxlanıldı
28 fevral 2020 19:28 (UTC +04:00)

Oğurluq edən qardaşlar saxlanıldı

 

 

Fevralın 24-nə keçən gecə Neftçala rayonu, Xıllı qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların qəsəbə ərazisindəki daha 1 evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.

# 947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar